Ağcəbədi rayonunun Qaradolaq kəndində qadın bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb.
Ağcəbədi rayonunun Qaradolaq kəndində qadın bıçaqla xəsarət alıb. Hadisə nəticəsində kənd sakini Səbinə Cəfərova bədənindəki bıçaq yaraları ilə Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin verdiyi məlumata görə, qadının sağlamlıq vəziyyəti hazırda ağır qiymətləndirilir.
Araşdırmalara əsasən, hadisəni törətməkdə Səbinə Cəfərovanın həyat yoldaşı Məhəmmədəli Cəfərov şübhəli bilinir.
Baş vermiş fakt ilə əlaqədar Ağcəbədi rayon Polis Şöbəsi araşdırma aparır. İstintaq davam etdirilir.