Rusiyanın Tıva bölgəsində hokkey məşqçisi Aleksandr Kuzmenko balıq tutarkən ayı hücumuna məruz qalaraq həlak olub.
Rusiyanın Tıva bölgəsində hokkey məşqçisi Aleksandr Kuzmenko ayının hücumu nəticəsində həyatını itirib.
Məşqçi Böyük Yenisey çayının sahilində balıq tutarkən vəhşi heyvanın hücumuna məruz qalıb. Yanında olan dostları ayını uzaqlaşdıraraq ona ilk yardım göstərməyə cəhd ediblər.
Yaralı vəziyyətdə helikopterlə yaxınlıqdakı xəstəxanaya çatdırılan Kuzmenkonun sağlamlığını bərpa etmək mümkün olmayıb və o, orada dünyasını dəyişib.
Bildirilir ki, Aleksandr Kuzmenkonun oğlu Andrey Kuzmenko da peşəkar hokkeyçidir və hazırda Rusiyanın Magistral Hokkey Liqasında (MHL) çıxış edir.