Pakistanda məscid yaxınlığında partlayış: 21 ölü
19 sen 2026 Post redaksiyası 4 1 dəq

Pakistanda məscid yaxınlığında partlayış: 21 ölü

Pakistanın Xeybər-Paxtunxva əyalətində cümə namazı vaxtı məscidin yaxınlığında baş verən partlayışda ən azı 21 nəfər həlak olub, 80-dən artıq insan yaralanıb.

Pakistanın Xeybər-Paxtunxva əyalətində sentyabrın 18-də cümə namazı zamanı məscidin yaxınlığında güclü partlayış qeydə alınıb. Hadisə nəticəsində ən azı 21 nəfər dünyasını dəyişib, 80-dən çox nəfər isə xəsarət alıb.

Həlak olanların arasında 15 nəfərin polis əməkdaşı olduğu bildirilir. Məlum olub ki, partlayışın səbəbi partlayıcı maddələrlə doldurulmuş avtomobilin məscidin yaxınlığında partladılması olub.

Atışma və ikinci partlayış

Partlayışdan dərhal sonra ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Qarşıdurma davam edərkən kompleksin ərazisində ikinci partlayış da baş verib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatlarda ölənlərin sayının 15 nəfər olduğu açıqlanmışdı, sonradan bu rəqəm dəqiqləşdirilərək artırılıb.