Korrupsiya cinayətlərinə görə məhkum edilmiş və həbsdə dünyasını dəyişmiş Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevə məxsus müsadirə olunmuş qeyri-yaşayış binası satışa çıxarılıb.
Korrupsiya cinayətlərinə görə məhkum edilmiş və həbsxanada dünyasını dəyişmiş Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevə məxsus olub müsadirə edilən qeyri-yaşayış binası hərraca çıxarılıb.
Rayon mərkəzində yerləşən əmlakın satış qiyməti 143 min manat müəyyən edilib. 261 kvadratmetr sahəni əhatə edən bina kommersiya və ya digər qeyri-yaşayış təyinatlı fəaliyyət üçün tam hazır vəziyyətdədir.
Bu əmlakın müsadirəsi ətrafında illər boyu müxtəlif instansiyalarda hüquqi mübahisələr aparılıb. Nəhayət, məhkəmə qərarları əsasında bina dövlət mülkiyyətinə keçirilərək satışa hazırlanıb.
Əmlakı əldə etmək istəyən şəxs ilkin mərhələdə 14 min 300 manat həcmində beh ödəməlidir.
Nizaməddin Quliyev 2019-cu ildə korrupsiya ittihamları ilə həbs olunmuşdu. Məhkəmə onu 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi.
Lakin cəzasını çəkməyə başlayan keçmiş məmur cəzaçəkmə müəssisəsində koronavirus infeksiyasına yoluxaraq 2021-ci ildə vəfat edib.