Son xəbər: Deniz Baysal və Barış Yurtçu boşandı
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi təklif edib. Zelenski bu təklifdən imtina edib.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya lideri Vladimir Putinlə üz-üzə danışıqlar aparmaq üçün Moskvaya getməyi tövsiyə edib. Bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadən yazıb.
Agentliyin məlumatına görə, Tramp bu addımı bir dəfə deyil, bir neçə dəfə səsləndirib, halbuki Ukrayna tərəfi əvvəllər də belə bir səfərə etiraz edib.
Bu həftə Prezident Donald Tramp dəfələrlə olan imtinalara baxmayaraq, Volodimir Zelenskini Vladimir Putinlə görüşmək məqsədilə Moskvaya səfər etməyə yenidən çağırıb.
Zelenski isə bu dəfə də Moskvaya səfər etmək fikrində olmadığını bildirib və təklifi qəbul etməyib.
Bloomberg-in mənbələri qeyd edib ki, ABŞ prezidentinin bu tələbi Ukrayna liderinin narahatlığına və narazılığına səbəb olub.