Deniz Baysal və Barış Yurtçu boşandı
25 sen 2026 Post redaksiyası 4 1 dəq

Deniz Baysal və Barış Yurtçu boşandı

Türkiyəli aktrisa Deniz Baysal ilə musiqiçi Barış Yurtçunun evliliyi başa çatıb, məhkəmə iclası cəmi 10 dəqiqə davam edib.

Türkiyəli aktrisa Deniz Baysal ilə musiqiçi Barış Yurtçunun boşandığı məlum olub. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Yayılan iddialara əsasən, Deniz Baysal boşanma prosesində Barış Yurtçunun tələb etdiyi məbləğin müəyyən hissəsini ödəyib. Tərəflər arasındakı məhkəmə iclası isə cəmi 10 dəqiqə çəkib və bundan sonra rəsmən ayrılıblar.

Sosial mediadan izlər silindi

Boşanma xəbərindən sonra Deniz Baysal sosial media hesabında dəyişikliklər edib. Aktrisa həyat yoldaşı Barış Yurtçu ilə birgə çəkdirdiyi fotoları profilindən silib, həmçinin onun soyadını da hesabından çıxarıb.

Bu ana qədər nə Deniz Baysal, nə də Barış Yurtçu boşanma ilə bağlı rəsmi açıqlama verməyib.

Evlilik tarixçəsi

Məlum olduğu kimi, cütlük 2019-cu ilin sentyabrında ailə qurmuşdu. Deniz Baysal Türkiyədə bir sıra tanınmış ekran işlərində çəkilib və hazırda "Taşacak Bu Deniz" serialında "Esme" adlı personajı canlandırır.