Son xəbər: Tramp Zelenskini Moskvaya səfərə çağırıb
İtaliyanın Milan şəhərindəki Malpensa Hava Limanına ölkənin keçmiş Baş naziri Silvio Berluskoninin adı verilib.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin adı Milandakı Malpensa Hava Limanına verilib. Bu barədə "Milano Today" nəşri məlumat yayıb.
Adçəkmə mərasimində siyasətçinin qızı Marina Berluskoni çıxış edib. O, hava limanının artıq atasının adını daşıyacağını bildirərək bunu böyük hisslərlə qarşıladığını vurğulayıb.
“Milan Malpensa Silvio Berluskoni” hava limanının hər gün dünyanın müxtəlif yerlərindən gələn minlərlə səyahətçini qarşılayacağını düşünmək məndə qürur və həyəcan hissi doğurur”
Rəsmi mərasimə İtaliyanın bir sıra tanınmış siyasi xadimləri qatılıb. Onların arasında İtaliya Senatının sədri İnyatsio La Russa, Lombardiya bölgəsinin rəhbəri Attilio Fontana və ölkənin Baş nazirinin müavini Matteo Salvini olub.