İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran Hörmüz boğazının yenidən açılması üçün Vaşinqtona yeddi günlük plan təqdim edib.
İran rəhbərliyi Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı Amerika Birləşmiş Ştatlarına konkret zaman çərçivəsi olan təklif irəli sürüb. Bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçi açıqlama yayıb.
Araqçi bildirib ki, müəyyən tələblər yerinə yetirildiyi təqdirdə boğazda gəmiçiliyin normal qaydada davam etməsi mümkün olacaq. Onun sözlərinə görə, bu proses bir həftə ərzində baş tuta bilər.
“Zəruri şərtlər yerinə yetiriləcəyi təqdirdə, boğaz yenidən açıla və normal gəmiçilik yeddi gün ərzində bərpa oluna bilər”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, plan strateji əhəmiyyətə malik olan bu su yolunda vəziyyətin sabitləşdirilməsinə yönəlib. Hörmüz boğazı dünya neft daşınmalarının mühüm hissəsinin keçdiyi marşrutlardan biri hesab olunur.