İngiltərə Premyer Liqası, Almaniyanın Bundesliqası, İspaniyanın La Liqası və İtaliyanın Seriya A liqası FİFA-nın idarəçilik sistemində əsaslı dəyişikliklər aparılmasını tələb edib.
Dünyanın dörd aparıcı futbol çempionatı — İngiltərə Premyer Liqası, Bundesliqa, La Liqa və Seriya A birgə açıqlama yayaraq FİFA-nın idarəetmə mexanizminin yenidən qurulmasını istəyib.
Açıqlamada bildirilir ki, təşkilatın işləmə qaydalarında fundamental xarakterli dəyişikliklərə zərurət var. Liqaların rəhbərliyi bu addımın futbolun gələcəyi üçün vacib olduğunu vurğulayıb.
Bəyanatda ayrıca qeyd edilib ki, intizam qərarları hər hansı siyasi təsirdən kənarda qalmalıdır. Liqaların fikrincə, bu sahədə müstəqillik təmin olunmasa, FİFA-nın nüfuzuna xələl gələ bilər.
Qeyd edək ki, FİFA-da yeni prezidentin seçilməsi üçün səsvermə 2027-ci ilin martında planlaşdırılır. Təşkilata hazırda Canni İnfantino rəhbərlik edir.