Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 25-dən etibarən bərpa olunub.
Rusiyadan Ermənistana təbii qaz göndərilməsi yenidən işə düşüb. Bu barədə "Qazprom Ermənistan" QSC rəsmi məlumat yayıb.
"Sentyabrın 25-dən etibarən "Şimali Qafqaz-Zaqafqaziya" magistral qaz kəməri ilə Ermənistana təbii qaz tədarükü bərpa olunub", - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistana qaz tədarükü Rusiya ərazisindəki "Şimali Qafqaz-Zaqafqaziya" magistral qaz kəmərində aparılan planlı profilaktik və təmir işləri səbəbindən sentyabrın 15-də müvəqqəti olaraq dayandırılmışdı. Təmir işlərinin başa çatması ilə kəmər üzərindən qaz nəqli yenidən normal qaydada davam etdirilib.