1-ci liqa təmsilçisi "Xankəndi" klubu baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.
"Xankəndi" futbol klubunun rəhbərliyi baş məşqçi Zaur Hacıyevlə əməkdaşlığa son qoyulduğunu açıqlayıb. Bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.
Bildirilib ki, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zaur Hacıyev "Xankəndi"nin baş məşqçisi vəzifəsinə 2026-cı ilin yanvarında təyin edilmişdi.
Onun rəhbərlik etdiyi dövrdə komanda 1-ci liqada 3 tur keçirib və cəmi 1 xalla cədvəldə 7-ci pillədə qərarlaşıb.