Bakı şəhər trekində keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yekun günü bu gün baş tutacaq və azarkeşləri iki mühüm yarış gözləyir.
Bakının şəhər trekində davam edən Formula 1 Azərbaycan Qran-Prisi bu gün sona çatacaq. Yarışın son günündə iki əsas mübarizə keçiriləcək və pilotlar öz güclərini son dəfə sınayacaqlar.
Gün saat 11:00-da Formula 2 pilotlarının ikinci əsas yarışı ilə açılacaq. Bu mübarizə saat 12:05-də başa çatacaq.
Günün mərkəzi hadisəsi Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı olacaq. Sessiya saat 15:00-da başlayacaq və saat 17:00-a qədər davam edəcək.
Pilotlar start xəttinə əvvəlki sıralama turunun nəticələrinə uyğun düzüləcəklər. Birinci pillədən “Mercedes” komandasının sürücüsü Corc Rassell start götürəcək.
İkinci sırada “Ferrari”nin pilotu Şarl Lekler, üçüncü yerdə isə “McLaren” komandasının təmsilçisi Oskar Piastri qərarlaşıb. Onların ardınca aşağıdakı pilotlar yer alıb: