Bərdə-Ağdam yolunda üzərində "Şəhid anası" yazısı olan avtomobillə hərəkət qaydalarını kobud şəkildə pozan sürücü barədə profilaktik tədbirlər görülüb.
Bərdə-Ağdam yolunda hərəkət edən "Toyota Prius" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğuna görə məsuliyyətə cəlb olunub. Avtomobilin üzərində "Şəhid anası" sözləri yazılmışdı.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada bildirilib ki, 77 BC 843 dövlət qeydiyyat nişanlı həmin nəqliyyat vasitəsinin sürücüsü ilə bağlı profilaktik tədbirlər görülüb və onun yol verdiyi qayda pozuntuları aradan qaldırılıb.
Məlum olub ki, sosial media istifadəçiləri arasında yayılan videogörüntülərdə həmin avtomobilin Bərdə-Ağdam yolunda arxa dövlət qeydiyyat nişanını çıxardığı, qırmızı işıq siqnalına məhəl qoymadığı və təhlükəli manevrlər etdiyi qeydə alınıb.
Bundan əlavə, sürücünün yol polisinin "saxla" tələbinə tabe olmadığı da görüntülərdə əks olunub. Avtomobilin üzərindəki "Şəhid anası" yazısı isə ictimaiyyətin xüsusi diqqətini çəkib.