Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri Azərbaycana səfərləri çərçivəsində Gəncə şəhərinə baş çəkərək “Bank Respublika”nın maliyyə dəstəyi ilə fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfərləri zamanı Gəncə şəhərində olub. Qonaqlar burada “Bank Respublika”nın maliyyə vəsaiti hesabına biznesini inkişaf etdirən sahibkarlarla görüşüblər.
Səfərdə “Bank Respublika”nın rəhbərliyi də iştirak edib. Nümayəndə heyəti AİB-in ayırdığı kredit vəsaitləri ilə fəaliyyət göstərən təsərrüfatları bilavasitə ziyarət edib.
Qonaqlar ziyarət etdikləri müəssisələrdə sahibkarların gördükləri işlərlə, əldə etdikləri nailiyyətlərlə və qarşıdakı dövr üçün nəzərdə tutduqları inkişaf planları ilə tanış olublar. Bu görüş beynəlxalq maliyyə mənbələrinin real iqtisadi sektora necə yönəldildiyini və bunun yerli sahibkarlığa verdiyi töhfəni bilavasitə müşahidə etmək baxımından önəm daşıyıb.
“Bank Respublika” xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarından yararlanaraq mikro, kiçik və orta sahibkarlıq sahəsində maliyyələşdirmə həcmini artırmağı niyyətindədir. Bankın məqsədi yerli bizneslərin sabit inkişafına dəstək olmaq və bununla ölkə iqtisadiyyatına verdiyi töhfəni çoxaltmaqdır.
Bank haqqında ətraflı məlumat almaq istəyənlər www.bankrespublika.az saytına, “Facebook”, “Instagram”, “LinkedIn” və “Telegram” sosial şəbəkə hesablarına müraciət edə, yaxud 144 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.