Tarix elmləri doktoru Həsən Həsənov "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda keçirilən seminarda bildirib ki, Albaniya adı altında aparılan müzakirələrin əsl mahiyyəti müasir Azərbaycan siyasəti ilə bağlıdır.
Tarix elmləri doktoru Həsən Həsənov "Qafqaz Albaniyasının irsinə tarixi baxış" adlı seminarda çıxış edərək bildirib ki, Albaniya adı altında aparılan müzakirələrin əsl mahiyyəti bu günün siyasi reallıqları ilə bağlıdır.
O qeyd edib ki, Qafqaz Albaniyası tarixən Azərbaycan xalqının doğma dövləti olub və bu irsə qarşı müəyyən maraqların mövcudluğu danılmazdır.
Həsənov diqqətə çatdırıb ki, əsl müzakirə mövzusu Azərbaycan dövlətçiliyinin qədim tarixi ilə bağlıdır və sovet tarixşünaslığından qalan bir sıra yanaşmaların təzədən araşdırılmasına ehtiyac var.
“Əsas söhbət bizim tariximizdən, xüsusilə də Azərbaycan dövlətçiliyinin qədimliyindən gedir. Bu məsələdə sovet tarixşünaslığından bizə miras qalan bəzi yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır. Sovet dövründə geniş qəbul edilmiş yanaşmaya görə, Atropatena dövləti e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə meydana çıxıb. Yəni buna əsasən, Atropatena ilə Qafqaz Albaniyası təxminən eyni tarixi dövrdə yaranmış, müstəqil dövlət qurumları olub. Nəticədə onların arasında hər hansı tarixi və siyasi bağlılığın olmadığı fikri formalaşıb”.
Alimin sözlərinə görə, bu yanaşma nəticəsində iki dövlət qurumu arasında tarixi və siyasi bağlılığın olmadığı fikri geniş yayılıb, halbuki bu mövqe yenidən nəzərdən keçirilməlidir.