“Aqrarkredit”in Xətaidəki əmlakları hərracda satıldı
18 sen 2026 Post redaksiyası 5 1 dəq

“Aqrarkredit”in Xətaidəki əmlakları hərracda satıldı

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan üç qeyri-yaşayış sahəsi hərracda yeni sahiblərini tapıb.

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına məxsus üç qeyri-yaşayış sahəsi keçirilən hərracda satılıb. Söhbət Xətai rayonu ərazisində yerləşən ayrı-ayrı üç obyektdən gedir.

44 əmlak satışa çıxarılıb

Bu ayın əvvəlində həmin QSC-nin balansında qeydə alınmış 44 əmlak hərraca çıxarılıb. Bildirilir ki, bu əmlakların ümumi dəyəri 10 milyon manatı ötür.

Hazırda həmin siyahıdan yalnız üç obyekt alıcı tapıb. Onlar bazar qiymətindən 10 faiz aşağı - 223 min 542 manata satılıb.

Cinayət işi başlanılıb

“Aqrarkredit”in fəaliyyəti ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. Bu çərçivədə cinayət işi başlanılıb.

Təşkilatın sabiq rəhbəri Məmməd Musayev, həmçinin bir neçə sahibkar araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb olunub.