İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaş sayılır
26 sen 2026 Post redaksiyası 6 1 dəq

İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaş sayılır

Prezident İlham Əliyev bildirib ki, dünyanın öndə gedən şirkətləri Azərbaycanı iqtisadiyyatın müxtəlif sahələrində etibarlı tərəfdaş kimi qəbul edir.

Dövlət başçısı İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək ölkənin xarici investorlar arasında formalaşan nüfuzundan danışıb.

“Bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”.

İnvestisiya mühiti yaxşılaşıb

Prezident vurğulayıb ki, hazırda Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılıb və ölkə bu sahədə əhəmiyyətli irəliləyiş edib.