Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib ki, Azərbaycan ərazisindən daşıma aparan təchizatçılar Xəzər dənizi üzərindən bərə xidmətindən də yararlanmalıdır.
Dövlət başçısı İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək ölkə ərazisindən nəqliyyat-logistika məqsədilə istifadə edən şirkətlərin bərə xidmətlərinə diqqət yetirməli olduğunu vurğulayıb.
“Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər”
Prezident bildirib ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində fəaliyyət göstərmək istəyən tərəflər üçün Azərbaycan ən əlverişli seçimdir.
“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”
İlham Əliyev qeyd edib ki, ölkəmiz coğrafi baxımdan həqiqətən mühüm bir qovşaqda yerləşir və bu, iki əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsi deməkdir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan dünyada çox az sayda ölkədən biridir ki, hər iki dəhlizin fəal iştirakçısı statusuna malikdir. Bu xüsusiyyət ölkənin regional nəqliyyat-logistika sistemindəki mövqeyini gücləndirir.