Pezeşkian: ABŞ-la İran arasında etimadsızlıq var
26 sen 2026 Post redaksiyası 3 2 dəq

Pezeşkian: ABŞ-la İran arasında etimadsızlıq var

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə ölkəsi arasında dərin etimadsızlıq mühitinin hökm sürdüyünü açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İran arasındakı münasibətlərdə ciddi etimadsızlığın mövcud olduğunu bildirib. Bu fikirlərini o, «CBS News» telekanalının «Face the Nation with Margaret Brennan» proqramına verdiyi müsahibədə səsləndirib.

Dövlət başçısı Donald Trampla birbaşa görüşün özü üçün asan olmayacağını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı davam etdirdiyi təzyiq siyasəti tərəflər arasında etimad yaranmasına mane olur.

Pezeşkian: sanksiyalar və hədələr davam edir

Onlar bizə hər gün tətbiq etdikləri təzyiqlərə son qoymadıqca, onlara etibar etmək çətindir. Onlar hər gün bizə qarşı sanksiyaları artırır, bizi təhdid edir və bizə zərbələr endirirlər. Üstəlik, yazılı şəkildə öhdəlik götürdükləri məsələlərə əməl etmirlər. Belə olan halda, danışıqlara başlasalar belə, həqiqətən də verdikləri vədləri yerinə yetirəcəklərmi?

İran lideri bu sözlərlə ABŞ-ın əvvəllər imzaladığı razılaşmalara riayət etmədiyini önə çəkib. Onun fikrincə, bu vəziyyət hər hansı yeni danışıq prosesinin nəticəsinə şübhə ilə yanaşmağa əsas verir.

Danışıqların şərti: ABŞ mövqeyini aydınlaşdırmalıdır

Pezeşkian həmçinin qeyd edib ki, iki ölkə arasında danışıqların başlaya bilməsi üçün ilk növbəddə ABŞ-ın hansı məsələlər üzrə razılaşma əldə etmək istədiyi dəqiq bilinməlidir. Onun sözlərinə görə, bu aydınlıq olmadan hər hansı danışıq prosesinin uğurlu ola biləcəyini söyləmək çətindir.