İqtisadçı alim Nazim Şükürov Dünya Bankı Qrupunun eksperti qismində “Business Ready 2026” layihəsinə verdiyi töhfəyə görə təşəkkür sertifikatı ilə mükafatlandırılıb.
Dünya Bankı Qrupu Azərbaycanlı iqtisadçı Nazim Şükürovu “Business Ready 2026” layihəsi çərçivəsindəki ekspert fəaliyyətinə görə xüsusi sertifikatla təltif edib. Bu, alimin beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığında növbəti tanınma faktıdır.
“Business Ready” Dünya Bankı Qrupunun ölkələrin biznes mühitini mikroiqtisadi müstəvidə təhlil edən əsas korporativ hesabatı sayılır. Sənəddə şirkətlərin fəaliyyət dövrü əsasında investisiya şəraiti, biznesin qurulması və genişlənməsi üçün qanunvericilik bazası, dövlət qurumlarının xidmət keyfiyyəti, habelə rəqabət və innovasiya potensialı qiymətləndirilir.
Qeyd olunub ki, Azərbaycan bu hesabata artıq ikinci dəfədir ki, daxil edilir. Sənəddə ölkədə sahibkarlığın yaradılması və idarə olunması prosesinə dair müxtəlif göstəricilər üzrə təhlillər və rəqəmlər əks olunub.
Nazim Şükürova verilən sertifikatda onun “Business Ready 2026” layihəsinə göstərdiyi ekspert dəstəyi yüksək qiymətləndirilib.
Dünya Bankının “Business Ready” istiqamətinin rəhbəri Valeria Perotti Nazim Şükürova ünvanladığı məktubda onun işinin əhəmiyyətini vurğulayıb:
siyasətləri məlumatlandırmaq və mənalı dəyişikliklərə səbəb olmaq potensialına malik qabaqcıl qlobal resursun formalaşmasına töhfə verir
Bu təltif Nazim Şükürovun beynəlxalq qiymətləndirmə prosesində ekspert qismində iştirakını və “Business Ready” layihəsinə göstərdiyi dəstəyi bir daha təsdiqləyir.