DGK sədri Şahin Bağırov Hövsan limanına yeni rəis təyin etdi
19 sen 2026 Post redaksiyası 3 1 dəq

DGK sədri Şahin Bağırov Hövsan limanına yeni rəis təyin etdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük Postuna yeni rəis təyin edilib. Bu vəzifəyə Baş inspektor Bəhram Sərvər oğlu Əvəzov gətirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun imzaladığı əmrlə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tabeliyində olan "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Gömrük Postuna yeni rəhbər təyin olunub.

Məlumata görə, bu vəzifəyə həmin qurumda Baş inspektor kimi çalışan Bəhram Sərvər oğlu Əvəzov gətirilib.

Sabiq rəis qaçaqmalçılıq işində həbs olunmuşdu

Postun əvvəlki rəhbəri Fərid Usubov 2025-ci ilin iyun ayında Şahin Bağırovun sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılaraq sərəncama alınmışdı.

Bir qədər sonra, elə həmin ilin dekabr ayında isə Hövsan limanında külli miqdarda qanunsuz siqaret yükünün aşkarlanması ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən həbsə alınmışdı.