Prezident İlham Əliyev veteran futbolçu İsgəndər Cavadovu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib.
Dövlət başçısı İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, o, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Sərəncamda göstərilir ki, bu qərar İsgəndər Cavad oğlu Cavadovun Azərbaycan futbolunun inkişafı və təbliği istiqamətində illər boyu göstərdiyi səmərəli fəaliyyətə görə verilib.
Qeyd olunur ki, İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.