Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın dünyada ən təhlükəsiz ölkələrdən biri olduğunu bildirib.
Dövlət başçısı bildirib ki, müasir dünyada təhlükəsizlik məsələsi getdikcə daha vacib amilə çevrilir və bu baxımdan Azərbaycan fərqlənən ölkələr sırasındadır.
“İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”.
Prezident İlham Əliyev bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib.
Dövlət başçısı çıxışında ölkədəki ictimai asayiş məsələsinə də toxunub və bu sahədə vəziyyətin sabit olduğunu vurğulayıb.
“Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır”.