Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdəki qızıl, mis və molibden yataqlarının istismarına dair açıqlama verib.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdəki qızıl, mis və molibden yataqlarının istismarına dair açıqlama verib.
Dövlət başçısı bu fikirləri dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə səsləndirib.
Onun sözlərinə görə, söhbət Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən təbii sərvətlərdən gedir.
“Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”
Prezident İlham Əliyev bildirib ki, Ağdərə rayonunda mədən işlərinə artıq start verilib. Onun sözlərinə görə, Kəlbəcər və Zəngilan rayonlarında da yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılması gözlənilir.
Dövlət başçısının müşavirədəki çıxışının bu hissəsinin videogörüntüsü onun rəsmi sosial media hesablarında paylaşılıb.