Ukraynanın Dnepropetrovsk vilayətindəki Pavloqrad şəhərinin polis rəisi, əslən Salyandan olan polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dronla vurulub.
Ukraynanın Dnepropetrovsk vilayətinə daxil olan Pavloqrad şəhərinin polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin xidmət etdiyi idarə dron hücumuna hədəf olub.
Məlumata görə, hücum zamanı bir neçə pilotsuz uçuş aparatı məhz polis rəisinin kabinetinin yerləşdiyi hissəyə istiqamətlənib. Zərbələr nəticəsində otaq və bütövlükdə mərtəbə ciddi ziyan görüb, demək olar ki, tamamilə yararsız hala düşüb.
Rüstəm Vəliyev təhlükəni hiss edən kimi kabinetdən çıxdığı üçün xəsarət almayıb. İdarədə xidmət göstərən digər polis əməkdaşları arasında da itki qeydə alınmayıb.
Qeyd olunur ki, Rüstəm Vəliyev artıq üç ilə yaxındır Pavloqrad şəhərinin polis rəisi vəzifəsində çalışır. O, əslən Azərbaycanın Salyan rayonundandır.