Bakı Avrasiya Universiteti (BAAU) ali təhsil müəssisələrinin ekoloji fəaliyyətini qiymətləndirən UI GreenMetric World University Rankings 2026 reytinqində mövqeyini yaxşılaşdıraraq qlobal siyahıda 1214-cü yerə yüksəlib.
Bakı Avrasiya Universiteti (BAAU) dünya universitetlərinin dayanıqlı inkişaf və ekoloji fəaliyyət göstəricilərini qiymətləndirən UI GreenMetric World University Rankings 2026 reytinqində irəliləyib. Universitet 4912 bal toplayaraq qlobal siyahıda 1214-cü pillədə qərarlaşıb.
Bu nəticə BAAU-nun dayanıqlı inkişaf, ekoloji məsuliyyət və "yaşıl kampus" siyasəti çərçivəsində gördüyü işlərin beynəlxalq səviyyədə etiraf olunduğunu göstərir. Qeyd edək ki, UI GreenMetric Dünya Universitetləri Reytinqi 2026-cı ildə dünyanın 110 ölkəsindən 2016 ali təhsil müəssisəsini əhatə edib.
Reytinqdə Azərbaycandan cəmi 22 ali təhsil müəssisəsi təmsil olunub. Bu siyahıda BAAU ölkə daxilində 15-ci pilləni tutub.
2026-cı il nəticələrinə görə, BAAU-nun ən çox irəlilədiyi sahə "Enerji və İqlim Dəyişikliyi" kateqoriyası olub. Universitet bu istiqamətdə əvvəlki 660 baldan 1160 bala yüksəlib ki, bu da təxminən 76 faizlik artıma bərabərdir.
Əldə edilən bu göstəricilər BAAU-da ekoloji məsuliyyət və dayanıqlı inkişaf sahəsindəki tədbirlərin ardıcıl olaraq təkmilləşdirildiyini ortaya qoyur. Eyni zamanda bu nəticə universitetin beynəlxalq reytinqlərdəki mövqeyini gücləndirmək istiqamətində davamlı fəaliyyət göstərdiyini nümayiş etdirir.