Kenan İmirzalıoğlu və Bergüzar Korelin baş rollarda çəkildiyi "A.B.İ." serialı ikinci mövsümün 5-ci bölümü ilə ekranlara vida edəcək.
ATV-nin yeni teleseziyununda gözlənilməz qərarlardan biri "A.B.İ." serialı ilə bağlı oldu. Layihə ikinci mövsümün cəmi 5-ci epizodundan sonra final ediləcək.
Serialın erkən bitirilməsi qərarı sentyabrın 22-də açıqlanan reytinq göstəricilərinin ardınca gəldi. Çərşənbə axşamları ekranlara gələn işin istehsalçısı "OGM Pictures" şirkətidir. Nə kanal, nə də istehsalçı tərəfdən bu qərara dair rəsmi izahat verilməyib.
"A.B.İ." serialının diqqət çəkən tərəflərindən biri Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin ekranda yenidən qarşılaşması idi. İki aktyor daha əvvəl "Karadayı" serialında baş rollarda birgə çəkilmişdi və aradan 11 il keçdikdən sonra yenidən eyni layihədə bir araya gəlmişdilər.
Bu yenidən görüş serialın ən çox danışılan məqamlarından birinə çevrilmişdi. Bergüzar Korel işdə Kenan İmirzalıoğlunun canlandırdığı "Doğan" xarakterinin keçmişi ilə bağlı olan "Leyla" adlı obrazı ifa edib.