Aktyor Rəşad Səfərov xəstəxanadan evə buraxıldı
25 sen 2026 Post redaksiyası 15 1 dəq

Aktyor Rəşad Səfərov xəstəxanadan evə buraxıldı

Səhhətində problem yaranan aktyor Rəşad Səfərov müalicə aldığı xəstəxanadan evə buraxılıb və sosial şəbəkədə bu barədə məlumat yayıb.

Son günlər səhhəti ilə bağlı problem yaşayan və bu səbəbdən xəstəxanaya yerləşdirilən aktyor Rəşad Səfərov artıq evindədir. Sənətçi bunu şəxsi sosial media hesabında paylaşdığı yazı ilə tərəfdarlarına bildirib.

Əziz dostlar, bildiyiniz kimi son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəyəm.

Xəstəliyin səbəbi

48 yaşlı Rəşad Səfərov hazırda Gənc Tamaşaçılar Teatrının truppasında çalışır. Sentyabrın 22-də dərs keçdiyi zaman vəziyyəti kəskin pisləşən aktyor təcili olaraq özəl klinikalardan birinə çatdırılmışdı.

Həmin zaman verdiyi açıqlamada sənətçi şəkər xəstəliyindən əziyyət çəkdiyini, həmçinin ürək fəaliyyəti ilə bağlı da narahatlıqlarının mövcud olduğunu bildirmişdi.