Amerikalı müğənni Keti Perri “Baku Crystal Hall” məkanında keçirilən konsertdə səhnəyə Azərbaycan bayrağı ilə çıxıb.
Dünya şöhrətli ifaçı Keti Perri Bakıda, “Baku Crystal Hall” səhnəsində tamaşaçılar qarşısına çıxıb. Çıxışı “Formula 1” Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunan əyləncə proqramının bir hissəsi olub.
Müğənni konsert zamanı əlində Azərbaycan bayrağı ilə səhnəyə çıxıb. Bu məqam kadrlara düşüb və sonradan geniş yayılıb.
Həmin anları əks etdirən görüntülər izləyicilər arasında böyük maraq doğurub.