Füzulidən olan keçmiş məcburi köçkün Anar Hüseynovun yağışla bağlı xatirələri “Sabaha doğru” sənədli filminin mövzusuna çevrilib.
Füzulidən olan keçmiş məcburi köçkün Anar Hüseynovun yağışla bağlı xatirələri “Sabaha doğru” sənədli filminin mövzusuna çevrilib. Onun danışdığı hekayə hər kəsi təsirləndirib.
Anar Hüseynov köçkün düşdükdən sonra yağışa qarşı dərin nifrət hiss etdiyini bölüşüb. Ancaq Füzuliyə geri qayıtdıqdan sonra bu hissin tam əksinə çevrildiyini, yağışı yenidən sevdiyini vurğulayıb.
“Sabaha doğru” adlı sənədli film “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində hazırlanıb. Layihənin maliyyə dəstəkçisi QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
Sənədli filmin ssenarisini tanınmış jurnalist Ayaz Mirzəyev qələmə alıb. Rejissorluğunu Zəka Qulu həyata keçirib, operator işini isə Emin Hüseynov görüb. Filmin montajını Elmar Tarıyeloğlu icra edib.
Bildirilib ki, yaxın vaxtlarda sənədli filmin geniş təqdimat mərasimi keçiriləcək.