Azərbaycanda təxminən 30 ildir fəaliyyət göstərən Danimarkanın aparıcı səhiyyə şirkəti Novo Nordisk yenilənmiş brend kimliyini təqdim edib və bundan sonra “Novo” adı ilə çıxış edəcək.
Azərbaycanda təxminən 30 ildir fəaliyyət göstərən Danimarkanın aparıcı səhiyyə şirkəti Novo Nordisk yeni brend kimliyini və fəaliyyət prinsiplərini əks etdirən “The Novo Way” yanaşmasını açıqlayıb. Şirkət bundan sonra gündəlik fəaliyyətində “Novo” adından istifadə edəcək, ancaq hüquqi adı “Novo Nordisk” olaraq dəyişməz qalacaq.
Yenilənmiş brendin əsas şüarı “Sağlam gələcək bu gündən başlayır” (“Lasting Health Starts Now”) ifadəsidir. Bu mesaj insanların sağlamlığında hər gün hiss olunan irəliləyişə və uzunmüddətli nəticələrə yönəlib. Yanaşmanın əsas hədəfi daha çox insana kömək etmək və elmi nailiyyətləri gündəlik həyata inteqrasiya etməkdir.
Vizual kimlikdə dəyişiklik olsa da, şirkətin tarixini simvolizə edən Apis öküzü loqosu saxlanılıb, sadəcə brendə daha müasir görkəm verilib.
“Novo”nun prezidenti və baş icraçı direktoru Mike Doustdar bildirib ki, piylənmə və diabet kimi sahələrdə əldə olunan nailiyyətlərə baxmayaraq, hələ də qarşılanmamış çoxlu müalicə ehtiyacı mövcuddur. Onun sözlərinə görə, insanların səhiyyə sistemindən gözləntiləri dəyişir və bu sistem onların ehtiyaclarına daha operativ reaksiya verməli, gündəlik həyata daha rahat inteqrasiya olunmalıdır. Şirkətin insanların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədinin isə dəyişmədiyi bildirilib.
Yeni yanaşma dörd əsas prinsip üzərində qurulub:
Şirkət bildirir ki, bu prinsiplər onun elmi təcrübəsinə, insanlara qayğısına və pasiyent təhlükəsizliyinə sadiqliyinə əsaslanır. Yeniləşmənin “Novo”nun daha çevik fəaliyyət göstərməsinə və səhiyyə sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinə xidmət edəcəyi qeyd olunur.
“Novo” 1923-cü ildə təsis edilib və baş ofisi Danimarkada yerləşir. Şirkətdə təxminən 68 800 nəfər çalışır, o, 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.
Azərbaycanda təxminən 30 ildir fəaliyyət göstərən şirkət diabet, artıq çəki və piylənməsi olan insanların müalicəyə çıxış imkanlarının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmə işlərinin genişləndirilməsinə diqqət yetirir. Şirkət Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəf qoyub.