Bakının tanınmış qəhvə və restoran şəbəkəsi “Coffeemania”nın növbəti filialı Hüseyn Cavid prospektindəki Elmlər ərazisində fəaliyyətə başlayıb.
Paytaxtın qəhvə və restoran məkanları sırasında yer alan “Coffeemania” şəbəkəsi genişlənməkdə davam edir. Brendin yeni obyekti - “Coffeemania Next” Elmlər filialı Hüseyn Cavid prospektində qonaqlarını qəbul etməyə başlayıb.
Ötən günlərdə keçirilən açılış tədbirində şou-biznes nümayəndələri, tanınmış blogerlər və ictimaiyyətin digər nümayəndələri iştirak edib.
Açılan filial “Coffeemania Next”in sayca altıncı obyektidir. Məkanda qəhvə çeşidləri ilə yanaşı, müxtəlif desertlər, səhər yeməkləri, salatlar və isti yeməklər də təqdim olunur.
Restoranın konseptinin əsasını xüsusi hazırlanmış desertlər, seçilmiş mətbəx menyusu və fərqli qəhvə növləri təşkil edir.
Hazırda “Coffeemania” və “Coffeemania Next” markaları Azərbaycanda 11 filialla təmsil olunur, dünya üzrə isə şəbəkənin 60-dan çox filialı fəaliyyət göstərir.
Qəhvə istehsalında istifadə olunan “Coffeemania” məhsulları 2015-ci və 2018-ci illərdə Almaniyanın “Deutsche Röstergilde” qurumunun qızıl medallarına layiq görülüb.
Yeni “Coffeemania Next” Elmlər filialı hər gün saat 08:00-dan 01:00-dək qonaqlarını qəbul edəcək.