Casusluq ittihamı ilə məhkum edilmiş Fransa vətəndaşı Martin Ryan Azərbaycanda əfv olunub.
Fransa vətəndaşı Martin Ryan Azərbaycana qarşı casusluqda təqsirli bilinərək məhkum edildikdən sonra əfv edilib.
Prezident İlham Əliyev bu barədə müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən, Martin Ryan azadlığa buraxılıb.
Qeyd olunur ki, Martin Ryan bu ilin martında casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm almışdı.