İlqar Süleymanzadə: Ailəmə sürpriz edəcəyəm
23 sen 2026 Post redaksiyası 6 1 dəq

İlqar Süleymanzadə: Ailəmə sürpriz edəcəyəm

Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı əsasında azadlığa buraxılan məhkumlardan Hikmət Bayramov və İlqar Süleymanzadə hisslərini bölüşüblər.

Dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamının icrasına start verilib. Sərəncam əsasında bir sıra məhkumlar azadlığa çıxıb.

Əfv olunanlardan biri 2024-cü ildə məhkum edilmiş Hikmət Bayramovdur. O, bildirib ki, prezidentin qərarı sayəsində ailəsinə qovuşub.

Allah Prezidentin canını sağ eləsin, bizi əfv etdi, ailəmizə qovuşduq

İlqar Süleymanzadə: Sürpriz hazırlayıram

Sərəncamdan yararlanan digər şəxs isə 2022-ci ildə məhkum olunmuş İlqar Süleymanzadədir. Onun cəzasının bitməsinə 1 il qalmışdı.

Süleymanzadə bildirib ki, ailəsi onun azadlığa çıxdığından hələ xəbərsizdir və bunu onlara sürpriz kimi saxlamaq niyyətindədir.

Azadlığa çıxmağımdan ailəmin xəbəri yoxdur. Onlara sürpriz edəcəyəm