Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən Pakistan vətəndaşı Sabir Sonia Bakıdakı 4 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Prezidentin əfv sərəncamına əsasən azadlığa buraxılan Pakistan vətəndaşı Sabir Sonia bu gün cəzaçəkmə müəssisəsindən çıxarılıb. Qadın məhkum 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.
Azadlığa buraxılma zamanı Ədliyyə nazirinin müavini general-mayor Oqtay Məmmədov iştirak edib. O, keçmiş məhkuma gələcək həyatında uğurlar arzulayıb.
Öz növbəsində Sabir Sonia əfv sərəncamına görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Məlum olub ki, Sabir Sonia quldurluqda təqsirli bilinərək məhkəmə tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu gün əfv olunan məhkumlar arasında yeganə qadın da məhz o olub.
Qeyd olunur ki, Sonianın cəzasının çəkilməmiş hissəsi 6 ay təşkil edirdi və o, həmin müddətdən azad edilib.