“Nar” işarət dilinə tərcümə olunan filmə dəstək verdi
23 sen 2026 Post redaksiyası 4 2 dəq

“Nar” işarət dilinə tərcümə olunan filmə dəstək verdi

Mobil operator “Nar” 23 sentyabr Beynəlxalq İşarət Dilləri Günü münasibətilə “DanceAbility Azerbaijan” layihəsinin “Bütün Vücudlar Danışır” sənədli filminin Azərbaycan işarət dilinə tərcüməsinə dəstək olub. Film “Gənclik Mall” Ticarət Mərkəzindəki “CineMastercard” kinoteatrında nümayiş edilib.

“DanceAbility Azerbaijan” tərəfindən hazırlanan “Bütün Vücudlar Danışır” sənədli filmi eyniadlı layihənin 2024–2026-cı illər arasındakı fəaliyyətini və iştirakçıların şəxsi təcrübələrini əks etdirir. Filmin Azərbaycan işarət dilinə tərcümə olunmasına “Nar” mobil operatoru dəstək göstərib.

Əlçatanlıq inklüzivliyin mühüm tərəfidir

Tədbirdə çıxış edən “Nar”ın baş icraçı direktoru Özgür Genc filmin işarət dilində təqdim olunmasının əhəmiyyətindən danışıb.

“Bu gün nümayiş olunan filmin Azərbaycan işarət dilində təqdim edilməsi inklüzivliyin digər mühüm tərəfi olan əlçatanlığı ön plana çıxarır. Çünki inklüziv cəmiyyət hər kəsin iştirakına şərait yaratmaqla yanaşı, məlumat və mədəniyyətə bərabər çıxışını da təmin etməlidir”.

Layihənin sosial əhəmiyyəti vurğulanıb

Tədbirdə daha sonra “DanceAbility Azerbaijan”ın rəhbəri Nigar Sultanova və “CineMastercard” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış ediblər. Onlar layihənin inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin ictimai həyatda bərabər iştirakının təşviqinə verdiyi töhfəni qeyd ediblər.

311 nəfər layihədə iştirak edib

“Bütün Vücudlar Danışır” layihəsinin 2025-ci ilin dekabrında başlayan cari mərhələsində ümumilikdə 311 nəfər iştirak edib. Bunlardan 102 nəfəri əlilliyi olan, 209 nəfəri isə əlilliyi olmayan şəxslərdir.

Layihə əlilliyi olan və olmayan insanların birgə fəaliyyətini təşviq etməklə inklüziv cəmiyyətin möhkəmlənməsinə və əlillik mövzusunda ictimai maarifləndirməyə xidmət edir. Bu çərçivədə rəqs məşğələləri, icma görüşləri, master-klaslar və digər birgə tədbirlər keçirilib.

Layihəyə qoşulmaq istəyənlər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” nömrəsi (+994 77 282 88 80) üzərindən əlaqə saxlaya bilərlər.

“Nar” haqqında

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksi göstəricisinə görə Azərbaycanda lider mobil operator mövqeyini qoruyub. Bu nəticənin əsasında şirkətin ardıcıl həyata keçirdiyi müştəri yönümlü strategiya dayanır.

Operator abunəçilərinə əlverişli qiymətlərlə dayanıqlı və keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri, eləcə də müasir eSim texnologiyasını təqdim edir.