Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hərbi, hüquq-mühafizə və digər xüsusi orqanların əməkdaşları üçün pensiya yaşının müəyyənləşdirilməsi qaydasını dəyişən qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, hər bir rütbə üzrə xidmətdə qalmanın son yaş həddi eyni zamanda həmin rütbə üzrə pensiya yaşı kimi təsbit olunacaq. Bu yenilik əməkdaşların pensiyaya çıxma müddətinin tutduqları rütbədən asılı olaraq fərqləndirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər bir sıra qanun və əsasnamələrə toxunur:
Layihəyə görə, sığorta mexanizmi gücləndirilərək fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsas götürüləcək. Bu kapitala uyğun olaraq əməkdaşlara ümumi əsaslarla pensiya təyin ediləcək və müvafiq ödənişlər həyata keçiriləcək.