Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində yaxın qohumluq və qudalıq əlaqəsi ilə bağlı mövcud qadağanın aradan götürüldüyü ortaya çıxıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirdiyi iclasda Dövlət Qulluğu Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb. Sənəddə dövlət qulluğuna qəbul şərtləri yenidən müəyyənləşdirilir və mövcud qaydalara nisbətən bir sıra fərqlər nəzərdə tutulub.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən, müəyyən şərtlər altında şəxslərin dövlət qulluğuna qəbulu qadağandır. Bu qadağalara aşağıdakılar daxildir:
Hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsinə görə isə dövlət qulluğu vəzifəsini tuta bilməyəcək şəxslərin siyahısı bir qədər fərqli formalaşdırılıb. Layihədə bu şəxslər sadalanır:
Diqqət çəkən məqam ondadır ki, hazırkı qanunda mövcud olan “bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi” bəndi yeni layihənin qadağalar siyahısında yer almır. Bu isə o deməkdir ki, yaxın qohumluq əlaqəsi olan şəxslərin eyni tabelilik zəncirində dövlət qulluğuna qəbulu qadağan edilmir.
Eyni zamanda qeyd olunub ki, “Dövlət qulluğu haqqında” Qanunda olduğu kimi, Dövlət Qulluğu Məcəlləsinin layihəsində də 65 yaşla bağlı məhdudiyyət öz qüvvəsini saxlayır.