Zelenski: Bu qışı Rusiya üçün də çətinləşdirəcəyik
24 sen 2026 Post redaksiyası 4 2 dəq

Zelenski: Bu qışı Rusiya üçün də çətinləşdirəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək bildirib ki, Rusiyanı bu qış çətin vəziyyətə salmaqdan başqa yol qalmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasının ikinci sessiyasında çıxış edib. Çıxışında o, Rusiyanın maliyyə və istehsal gücünün məhdudlaşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanın dizel yanacağı sənayesi üzərində nəzarəti itirdiyi barədə açıqlamasına dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın müharibəni açıq dəstəkləyən yalnız bir müttəfiqi qalıb.

Əsas hədəf Rusiyanın maliyyə imkanlarıdır

Ukrayna lideri qeyd edib ki, Rusiyanın neft sənayesi, fabrikləri və limanları Ukraynanın birbaşa hədəfi deyil. Onun sözlərinə görə, əsas məqsəd Moskvanın maliyyə mənbələrini və istehsal potensialını zəiflətməkdir.

“Rusiya pulu olanda diplomatiyaya “yox” deyir”

Zelenski əlavə edib ki, Rusiyanın gəlir mənbələrinə qarşı təzyiqlər fasiləsiz davam etdirilməlidir.

“Biz bu müharibəni seçməmişik”

Ukrayna Prezidenti bildirib ki, silah, müdafiə və sanksiyalardan tez-tez danışıldığı üçün Ukraynanın yalnız müharibəyə fokuslandığı təsəvvürü yarana bilər. Onun sözlərinə görə, bunun səbəbi Ukraynanın bu müharibəni özü seçməməsidir.

“Amma ukraynalılar bu müharibəni seçməyiblər. Biz ölməməyi, ölkəmizi və ailələrimizi itirməməyi, müstəqilliyimizi və azadlığımızı itirməməyi seçdik və özümüzü müdafiə edirik”

Zelenski çıxışının sonunda gələn qışın Ukrayna üçün ağır olacağını etiraf edib, lakin bunun cavabında Rusiyanı da çətinliyə salmaqdan başqa yol qalmadığını vurğulayıb.

“Ukraynalılar bu qışın bizim üçün çox çətin ola biləcəyinin fərqindədirlər, amma bunun müqabilində bu qışı Rusiya üçün də çətinləşdirməkdən başqa çarəmiz qalmayacaq”