Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi rəsmi qəbulda iştirak edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə baş tutub.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əməkdaşlığın gələcək istiqamətlərinə də toxunulub.
“Biz əməkdaşlığın enerji, ticarət və investisiya sahələrində daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - deyə açıqlamada qeyd edilib.