Dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb və 18 məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.
Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan əfv sərəncamı artıq icra olunmağa başlayıb. Sərəncamla əfv edilən şəxslər cəzaçəkmə müəssisələrindən buraxılırlar.
Sərəncam əsasında azadlığa çıxarılan məhkumların ümumi sayı 18 nəfər təşkil edir.
Əfv Sərəncamından irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilir.