ABŞ Prezidenti Donald Tramp, Çin Dövlət Sədri Si Cinpini 23-25 sentyabr tarixlərində ediləcək dövlət səfəri çərçivəsində Endryuz hərbi hava bazasında şəxsən qarşılayacaq və bununla 64 illik protokol ənənəsi pozulacaq.
ABŞ Prezidenti Donald Tramp Çin Dövlət Sədri Si Cinpini Endryuz hərbi hava bazasında şəxsən qarşılayacaq. Bu addım 64 ildir davam edən diplomatik protokol qaydasının pozulması kimi qiymətləndirilir.
“Financial Times” qəzetinin yazdığına görə, ABŞ Ali Baş Komandanının bir dünya liderini bu bazada şəxsən qarşılaması 1962-ci ildən bəri müşahidə olunmayıb.
“Bu, 1962-ci ildə Con Kennedinin Böyük Britaniyanın Baş naziri Harold Makmilanı uçuş-enmə zolağında qarşılamasından sonra ABŞ Ali Baş Komandanının bir dünya liderini bu bazada şəxsən qarşıladığı ilk hal olacaq”
Nəşr bu jesti Çin liderinə göstərilən dərin hörmətin ifadəsi kimi dəyərləndirib.
Çin Dövlət Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-a dövlət səfəri edəcək. Bu səfər çərçivəsində baş tutacaq qarşılama mərasimi diqqətlə izlənilir.