Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında Türkiyə vətəndaşı olan iki nəfər də var.
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı əsasında azadlığa çıxarılanlar sırasında Türkiyə vətəndaşlığı olan iki şəxs də olub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkən Demir Mehmet və Özdemir Salih adlı şəxslər həmin sərəncama əsasən azad ediliblər.
Prezidentin imzaladığı sənəd rəsmiləşdikdən dərhal sonra icraya yönəldilib və qeyd olunan şəxslər elə həmin gün azadlığa buraxılıblar.
Məlumata görə, bu əfv sərəncamı cəmi 20 nəfəri əhatə edib.