BMT sessiyasında Navrotski Ərdoğana qılınc bağışladı
23 sen 2026 Post redaksiyası 3 2 dəq

BMT sessiyasında Navrotski Ərdoğana qılınc bağışladı

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşa lideri Karol Navrotski bir-birinə silah hədiyyələri təqdim edib. Navrotski Ərdoğana qılınc bağışlayaraq, iyul ayında ona verilmiş revolverə qarşılıq veribmiş.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olarkən Polşa Prezidenti Karol Navrotski ilə görüşüb. Görüş zamanı Navrotski türkiyəli həmkarına qılınc hədiyyə edib.

Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bu addımın səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu, Ərdoğanın iyul ayında Navrotskiyə hədiyyə etdiyi, üzərində onun adı həkk olunmuş revolverə cavab xarakteri daşıyır.

Marçin Pşidaçın açıqlaması

Pşidaç sosial şəbəkə hesabında hadisəni belə şərh edib:

Ankarada revolver, Nyu-Yorkda isə polyak qılıncı. NATO sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Karol Navrotskiyə üzərində onun adı həkk olunmuş revolver hədiyyə etmişdi. Bu gün, BMT Baş Assambleyasının 81-ci sessiyası münasibətilə Polşa Prezidenti cavab olaraq Türkiyə liderinə polyak qılıncı təqdim etdi. İki simvolik hədiyyə. Bu gün təhlükəsizlik sahəsində mühüm maraqların birləşdirdiyi dövlətlərin hərb ənənəsinin iki simvolu!

İyul ayındakı ilk hədiyyə

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Gümüşay” markalı revolver və döyüş patronları hədiyyə etmişdi. Navrotskiyə verilən qılınc həmin jestə cavab olaraq təqdim edilib.