“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan ekspertlərinin İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda təşkil olunması nəzərdə tutulan Azərbaycan-Ermənistan ekspert görüşü baş tutmayacaq. Tədbirin təxirə salınması Azərbaycan tərəfinin təşəbbüsü ilə baş verib.
Məlumata görə, Azərbaycan tərəfi hazırkı şəraitdə bu formatda görüşün keçirilməsini uyğun saymır. Bu səbəbdən İrəvanda planlaşdırılan toplantının vaxtı müəyyənsiz müddətə ertələnib.