Pakistanda 2023-cü ildən həbsdə saxlanılan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan, sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazlarından əvvəl polis tərəfindən tutulub.
Pakistanda 2023-cü ildən həbsdə saxlanılan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan, sentyabrın 27-də planlaşdırılan ümumxalq etiraz aksiyalarından əvvəl saxlanılıb. Bu barədə İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsi məlumat verib.
Bildirilib ki, Alima Xan Lahordakı yaşayış evinin yaxınlığında polis tərəfindən tutulub. PTI rəsmisinin sözlərinə görə, o, idman zalına getmək üçün evdən çıxarkən saxlanılıb.
Məlumata görə, Alima Xanın 30 gün müddətinə həbs edilməsi barədə rəsmi qərar qəbul olunub. Qərarın əsasında şəhərdə ictimai asayişin qorunması zərurəti göstərilib.
Saxlanıldıqdan sonra o, Kot Laxpat həbsxanasına yerləşdirilib.
Qeyd olunub ki, keçmiş Baş nazir İmran Xan 2023-cü ildən həbsdə saxlanılır. Onun tərəfdarları və rəhbərlik etdiyi PTI partiyası bu müddət ərzində Xanın azadlığa buraxılmasını davamlı olaraq tələb edir.