ABŞ Senatı Prezident Donald Trampın rəhbərliyi altında İrana qarşı aparılan hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnaməni səs çoxluğu ilə rədd edib.
ABŞ Senatı Prezident Donald Trampın rəhbərliyi altında İrana qarşı aparılan hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnaməni səs çoxluğu ilə rədd edib.
Senatda keçirilən səsvermədə qətnamənin əleyhinə 50, lehinə isə 49 nəfər səs verib.
Respublikaçı senatorların böyük əksəriyyəti qətnaməyə qarşı mövqe nümayiş etdirib.
Demokrat düşərgəsində isə vəziyyət fərqli olub. Pensilvaniya ştatını təmsil edən senator Con Fetterman qətnaməyə etiraz edən yeganə demokrat kimi seçilib.
Qeyd edək ki, eyni qətnamə iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmış və 214 səslə lehinə, 208 səslə əleyhinə olmaqla təsdiqlənmişdi.