İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İranda hakimiyyətin süqut edəcəyini bildirib və Nyu-York meri Zohran Mamdaniyə sərt reaksiya verib.
İsrail Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sessiyasında çıxış edərək İranda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu bildirib. O, mövcud İran rejiminin gözlənildiyindən daha tez çökəcəyini vurğulayıb.
Netanyahu bildirib ki, ölkədəki siyasi çevrilişə əsas təkanı İran xalqının özü verə bilər.
Netanyahu kürsüyə qalxmazdan əvvəl bir sıra dövlətlərin nümayəndə heyətləri iclas zalını tərk edib. Bunu görən İsrail lideri çıxışına başlamadan öncə zalda qalanlara müraciət edərək, getməyə vaxt tapmayanları dərhal zalı tərk etməyə çağırıb.
Çıxışının davamında Netanyahu Nyu-York meri Zohran Mamdanini hədəfə alıb və onu həqiqəti boğmağa çalışmaqda ittiham edib. İsrail Baş naziri bu sözləri deyib:
“Cənab Mamdani, siz mənim bura gəlməyimə mane olmağa, məni susdurmağa çalışdınız. Lakin siz məni susdura bilməzsiniz, həqiqətin səsini kəsmək mümkün deyil. İsrail apardığı bütün müharibələrdə mütləq qələbə qazanacaq, çünki yəhudi dövlətinin başqa seçimi yoxdur”.
Qeyd edək ki, bundan öncə Nyu-York meri Mamdani Netanyahunun həbs edilməsi üçün çağırışlar səsləndirmişdi. İsrail Baş naziri həmin bəyanatlara da münasibət bildirərək Nyu-Yorka mütləq səfər edəcəyini və nifrət qızışdıran məmurun üzünə həqiqəti deyəcəyini vurğulamışdı.