Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.
Prezident İlham Əliyev bu istiqamətdə Sərəncam imzalayıb. Sənəd Azərbaycanda keçiriləcək FIFA U-15 World Cup and Festival yarışı çərçivəsində ölkəyə səfər edəcək xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün viza alınması prosesini asanlaşdırmağı nəzərdə tutur.
Sərəncama görə, müəyyən sənədləri təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən birinin olması kifayət edəcək:
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu addım barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin aidiyyəti qurumlarına məlumat versin. Bundan əlavə, nazirlik viza prosedurlarının sadələşdirilməsi, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi ilə elektron viza əldə etmə imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarının internet resurslarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidmətinin üzərinə isə Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərə bu sadələşdirilmiş viza qaydaları barədə məlumat vermək vəzifəsi qoyulub.