Sabiq İngiltərə millisi və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi Polşadakı Auşvits düşərgə kompleksinə səfəri zamanı yəhudi mənşəyi olduğunu bəyan edib.
40 yaşlı keçmiş futbolçu Ueyn Runi ailəsi ilə birlikdə Polşada yerləşən Auşvits konsentrasiya düşərgəsini ziyarət edib. Məhz bu səfər zamanı o, öz kökləri barədə açıqlama verib.
Runi bildirib ki, ana tərəfdən nənəsi və onun ailəsi polşalı yəhudilər olub. Bu faktı özü də yaxınlarda öyrəndiyini vurğulayıb.
Sabiq hücumçu Auşvitsə həyat yoldaşı və oğulları ilə birlikdə gedib. Ziyarət zamanı ailəsinin tarixi barədə düşüncələrini bölüşüb.
Disney+ platforması üçün verdiyi müsahibədə Runi öz hisslərini belə ifadə edib:
“Mən katolikəm, amma həmişə özümə belə suallar verirdim: ‘Niyə biz yəhudi deyilik?’”
Qeyd olunur ki, ənənəvi yəhudi dini qaydalarına görə, şəxsin yəhudi mənşəyi məhz ana xətti ilə müəyyən edilir. Runinin nənəsinin yəhudi olması bu qaydaya əsasən onun da yəhudi köklərinə malik olduğunu göstərir.